
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.
Bu barədə BBC məlumat yayıb.
Partlayış Hayes rayonunda baş verib. Hadisə yerində bir neçə kilometr uzaqlıqdan görünən güclü yanğın baş verib.
Yerli hakimiyyət güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib. 16 minə yaxın insan işıqsız qalıb.
Londonun Hitrou hava limanı yanğına görə bu gün gecə saat 12-dək bağlandığını elan edib.