XƏBƏRLƏR / Hadisə

Hərbçimiz yol qəzasında həlak oldu

Yanındakı sərnişin də ölüb

Hərbçimiz yol qəzasında həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağarzayev və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib.

    1961-ci il təvəllüdlü Faxrəddin Bədirov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.