XƏBƏRLƏR / Hadisə

Yəmənin paytaxtında izdihamda 85 nəfər ölüb

Səna şəhərində sahibkarların təşkil etdiyi tədbirə yüzlərlə insanın toplaşdığı vaxt baş verib

Yəmənin paytaxtında izdihamda 85 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Associated Press-in Husi rəsmisinə istinadən verdiyi məlumata görə, Yəmənin Səna şəhərində çərşənbə günü axşam saatlarında yardım paylanması tədbirində yaranan izdihamda ən azı 85 nəfər ölüb, onlarla insan yaralanıb.

    Onlarla zərərçəkən yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların arasında ən azı 13-ü ağır yaralanıb, yüksək səviyyəli səhiyyə rəsmisi Motaher əl-Maruni bildirib.

    Husilərin idarə etdiyi daxili işlər nazirliyinin məlumatına görə, izdiham köhnə Səna şəhərində sahibkarların təşkil etdiyi tədbirə yüzlərlə insanın toplaşdığı vaxt baş verib.

    Daxili İşlər Nazirliyinin sözçüsü Abdel-Xalek əl-Aqri hadisənin səbəbini yerli hakimiyyət orqanları ilə razılaşdırılmadan vəsaitlərin “təsadüfi paylanması” adlandırıb.

    Daxili İşlər Nazirliyi iki təşkilatçının saxlanıldığını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.