Şıx çimərliyində iki nəfər batıb VİDEO / YENİLƏNİB

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:16

    Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

    Axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev və 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayevin cəsədləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    13:09

    Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə iki nəfərin batması barədə ilkin məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

    Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.