XƏBƏRLƏR / Hadisə

ABŞ-da fərdi evdə atışma baş verib, 3 nəfər ölüb

Bu barədə “Associated Press” məlumat yayıb

ABŞ-da fərdi evdə atışma baş verib, 3 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Silahlı adam öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.

    Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.

    Onun sözlərinə görə, əməliyyat zamanı girovlardan heç biri xəsarət almayıb, silahlı şəxs hücum zamanı öldürülüb. Polis hələ ki, cinayətin motivini açıqlamayıb.