XƏBƏRLƏR / Hadisə

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var

“TRT Haber” məlumat yayıb

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.

    “TRT Haber” məlumat yayıb ki, şəhərin Taşköprü rayonunda avtovusun tarlaya aşması nəticəsində 6 nəfər ölüb, 33 yaralı var.

    Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

    Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.