XƏBƏRLƏR / Hadisə

Dominikanda gecə klubunun damı uçub, 98 nəfər ölüb

YENİLƏNİB

Dominikanda gecə klubunun damı uçub, 98 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:35

    Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb.

    Bu barədə BBC məlumat yayıb.

    Dağıntılar altında qalan insanların axtarışı davam etdirilir.

    ***

    07:51

    Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

    CNN bildirir ki, paytaxt Santo Dominqoda "Jet Set" adlı əyləncə məkanının damı dünən içərisində ən azı 300 müştərinin olduğu zaman çöküb.

    Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendezin açıqlamasına görə, dağıntılar altında qalan 79 nəfər çökmə nəticəsində ölüb.

    Təxminən 160 yaralı xəstəxanalara aparılıb.

    Ölənlər arasında Amerika Beysbol Liqasının (MLB) keçmiş oyunçusu Oktavio Dotelin də olduğu bildirilib.

    Bildirilib ki, gecə klubu dağılan zaman səhnədə sənətçi Rubbi Peres və onun orkestri çıxış edirmiş.

    Dominikan Respublikasının Prezidenti Luis Abinader üç günlük matəm elan etdiyini açıqlayıb.

    "Jet Set" Dominikan Respublikasında ən məşhur əyləncə məkanlarından biri hesab olunur.

    ***

    08 aprel 2025-ci il

    18:02


    Dominikan Respublikasında gecə klubunda damın uçması nəticəsində azı 15 nəfər ölüb.

    Bu barədə BBC məlumat yayıb.

    Qeyd edilib ki, onlarla yaralı xəstaxanaya yerləşdirilib. Hadisə yerinə axtarış-xilasetmə qrupları səfərbər edilib.

    Hadisənin baş vermə səbəbi hələ məlum deyil.