XƏBƏRLƏR / Hadisə

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Çoxlu yaralı var

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə Mersin bölgəsinin Anamur rayonunda yağıntı və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

    Bu barədə CNN Türk məlumat yayıb.

    İlkin məlumata görə, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.

    Qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində baş verib. Antalya istiqamətində hərəkət edən "Kamil Koç" firmasına məxsus 16 ASR 690 nömrəli sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. Çoxlu yaralıların olduğu bildirilir. Yaralılar avtomobildən çıxarılaraq xəstəxanalara aparılıb.