XƏBƏRLƏR / Hadisə

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edilib

YENİLƏNİB

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:57

    Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

    Hazırda əməliyyat icra olunur.

    ***

    09:44

    Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir.

    Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

    Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.