Bərdədə yas mərasimində döşəmə çökdü, ölən var FOTO
Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib
Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.
Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.
Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB bildirib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.