XƏBƏRLƏR / Hadisə

İranın Rey şəhərində nəhəng neft terminalı yanır

Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb

İranın Rey şəhərində nəhəng neft terminalı yanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Rey şəhərində 18 min ton neftin saxlandığı neft terminalında yanğın baş verib.

    Bu barədə “Mehr” agentliyi İranın Neft Məhsullarının Marketinqi üzrə Milli Şirkətinin direktoruna istinadən məlumat yayıb.

    Yanğının söndürülməsinə cəlb olunan yanğınsöndürənlərdən birinin sözlərinə görə, vəziyyət nəzarətdədir və yanğın lokallaşdırılıb.