XƏBƏRLƏR / Hadisə

Tovuzda ağır qəza: ölən və yaralılar var FOTO

Qəza "VAZ-2104" və "VAZ-21099" markalı avtomobillərin iştirakı ilə baş verib

Tovuzda ağır qəza: ölən və yaralılar var FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

    Yanacaqdoldurma məntəqəsinin yaxınlığında "VAZ-2104" və "VAZ-21099" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəza zamanı 1 nəfər - 1961-ci il təvəllüdlü Razim Mədətov ölüb. Daha 5 nəfər - 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və iki azyaşlı xəsarət alıb.

    Onlar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.