XƏBƏRLƏR / Hadisə

Tehranın iri bazarlarından birində dəhşətli yanğın baş verib

Bu barədə İran mənbələri xəbər yayıb FOTO

Tehranın iri bazarlarından birində dəhşətli yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehranın Cənnət Abad rayonundakı bazar yanır.

    İranın "Eghtesadnews" agentliyinin İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl Tehranın Cənnət Abad rayonundakı Cənnət Bazarında yanğın baş verib. Alov uzaqdan görünən qatı tüstü yaradıb.

    Yanğınsöndürmə və xilasetmə qrupları hadisə yerinə tez bir zamanda gəlib və hazırda yanğının qarşısını almaq və söndürmək üçün çalışırlar. Hələlik ölən və ya yanğının səbəbi barədə məlumat yoxdur.