XƏBƏRLƏR / Hadisə

Marmarisdə tur gəmisi yandı, 14 yaralı var YENİLƏNİB

TRT Haber məlumat verir

Marmarisdə tur gəmisi yandı, 14 yaralı var YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 06:35

    Muğlanın Marmaris rayonunda "Eagle's" taxta tur gəmisində baş verən yanğında 14 nəfər xəsarət alıb. Gəmidən 102 nəfər təxliyə edilib.

    ***

    14.07.2024

    23:00

    Muğlanın Marmaris rayonunda bir tur gəmisində yanğın baş verib. Qayıqda olanlar təşviş içində dənizə atılıblar. 1-i ağır olmaqla 7 nəfər yaralanıb.

    Qeyd olunub ki, hadisə baş verən zaman gəminin göyərtəsində ümumilikdə 37 nəfər olub. Keçi adasına bir günlük tura çıxan gəmidə naməlum səbəblərdən yanğın baş verib.

    Yanğın sürətlə bütün gəmiyə yayılıb, 34 sərnişin və 3 ekipaj üzvü dənizə atılıb. Onlar yaxınlıqdakı şəxsi yaxtalar və sahil mühafizə gəmiləri tərəfindən xilas edilib.

    Yanğın söndürüldükdən sonra gəmi batıb, prokurorluq araşdırma aparır.