XƏBƏRLƏR / Hadisə

Borçalıda SU-25 qırıcı təyyarəsi qəzaya uğrayıb YENİLƏNİB

Gürcüstan müdafiə nazirliyi rəsmi xəbər yayıb

Borçalıda  SU-25 qırıcı təyyarəsi qəzaya uğrayıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:18

    Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində SU-25 hücum təyyarəsinin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

    “Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Müdafiə Nazirliyi həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə idarədən bildirilib.

    ***

    15:00

    İlkin məlumatlara görə, Bolnisi bələdiyyəsinin Disveli kəndi yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində vertolyotun pilotu həlak olub, yaralananlar var, kənd administrasiyasının nümayəndəsi Zurab Şainidze bildirib.

    ***

    Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb. Bu barədə “İnfo Rustavi” portalı məlumat yayıb.

    Jurnalistlərin məlumatına görə, helikopter Kvemo Kartli (Borçalı) regionunun Bolnisi bələdiyyəsi ərazisində qəzaya uğrayıb. Hadisənin Disvəli kəndində baş verdiyi bildirilir.

    Helikopterin qəzaya uğraması nəticəsində bir nəfərin (pilot) öldüyü bildirilir.

    "Biz Daxili İşlər Nazirliyi ilə insidentin təfərrüatlarını aydınlaşdırmağa çalışırıq", - İnfo Rustavi bildirib. Yerli KİV nümayəndələri helikopterin qəzaya uğradığı yerə gediblər.