XƏBƏRLƏR / Hadisə

Almaniyada qocalar evində yanğın olub, ölənlər var

Qocalar evinin 46 sakini təxliyə edilib

Almaniyada qocalar evində yanğın olub, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau şəhərindəki qocalar evində baş verən yanğında 4 nəfər ölüb.

    AP xəbər verir ki, yanğın gecə saatlarında baş verib.

    Bildirilib ki, yanğınsöndürən və bir polis əməkdaşı ağır, daha 15 nəfər isə yüngül xəsarətlər alıb.

    Məlumata görə, qocalar evinin 46 sakini təxliyə edilib. Yanğının səbəbi hələ bəlli deyil.