Bakıda avtobus bir neçə maşını əzib gül dükanına çırpıldı
Faktla bağlı araşdırma aparılır
Bakıda marşrut avtobusu avtomobillərə çırpılaraq, gül mağazasına girib.
Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, “Çinar Trans” MMC-yə məxsus “İsuzu Citiport” markalı avtobus 5 avtomobili əzərək, gül mağazasına çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Oxu.az"a bildirilib ki, Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı minik avtomobili ilə toqquşub.
Toqquşmadan sonra yol kənarındakı daha üç avtomobilə dəyən avtobus gül dükanına çırpılıb.
Nəticədə, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az