Qəzaya uğrayan təyyarədə yaralıların vəziyyəti
Mangistau vilayətinin Səhiyyə Xidməti xəbər verir
Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.
Bu barədə Mangistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.
Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib.
O da qeyd olunub ki, Mangistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.