XƏBƏRLƏR / Hadisə

Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur

Bunu Qazaxıstan baş nazirinin müavini deyib

Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda Aktauda olan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

    O, hazırda 38 ölüm faktının məlum olduğunu bildirib.

    “Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, - Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilə görüşdə deyib.