XƏBƏRLƏR / Hadisə

Xaçmazda mikroavtobus dərəyə aşıb, yaralanan var

Hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib

Xaçmazda mikroavtobus dərəyə aşıb, yaralanan var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xaçmazda "Ford" markalı mikroavtobus Qusarçay çayının dərəsinə aşıb.

    Hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

    Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus idarəetmənin itirilməsi nəticəsində çayın üzərindəki körpünün məhəccərlərini qıraraq dərəyə düşüb.

    Qəza zamanı xəsarət alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

    Faktla bağlı araşdırma aparılır.