İran prezidentinin qəzaya uğradığı helikopterin FOTOsu
Bu barədə İran KİV-i məlumat yayıb
Xəbər verdiyimiz kimi, İran prezidentinin qəzaya uğrayan helikopteri tapılıb.
Bu barədə İran KİV-i məlumat yayıb. Helikopterin qəzaya uğradığı yerdən ilk foto da dərc olunub.
Qeyd edək ki, helikopterin göyərtəsində prezident İbrahim Rəisi ilə bərabər Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.