Türkiyədə göyərtəsində 115 nəfər olan əyləncə qayığı yanıb
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb FOTO
Türkiyənin Fəthiyə sahillərində göyərtəsində 115 nəfərin olduğu əyləncə qayığı yanğına uğrayıb - CNNTürk.

Uşaqların da daxil olduğu sərnişinlər xilasetmə jiletləri geyinərək dənizə tullanıblar. Sahil mühafizəçiləri və tibb işçiləri hadisə yerindədir və yaxınlıqdakı gəmilər xilasetmə əməliyyatına qoşulub.

Qayığa ciddi ziyan dəyib və batmağa başlayıb. Yanğının səbəbi hələlik məlum deyil.
1 dəqiqədən az