XƏBƏRLƏR / Hadisə

Rəisinin olduğu helikopter hələ də tapılmayıb YENİLƏNİR

Amma helikopterin qəzaya uğradığı dəqiq yer müəyyən edilib VİDEO

Rəisinin olduğu helikopter hələ də tapılmayıb YENİLƏNİR
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 07:19

    Türkiyənin göndərdiyi "Akıncı" PUA-nın təsbitindən sonra prezident və onun heyətini daşıyan helikopterin qalıqlarında heç bir həyat əlamətinin olmadığını açıqlayıb.

    ***

    19.05.2024

    23:35

    İnqilab Keşikçiləri Qvardiyasının komandanı: Hazırda bütün hərbi qüvvələrimizlə sözügedən bölgəyə gedirik və ümid edirəm ki, xalqa müjdə verəcəyik. Hərbi qüvvələrin 30 faizi regiondadır və bölgə bundan daha çox hərbi qüvvə almağa kifayət etmir.

    Bu məlumatı İRNA yayıb.

    ***

    23:30

    Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəetmə Qərargahı bazar günü axşam saat 21:00-da yaydığı 2 nömrəli bildirişdə qəzaya düçar olmuş helikopterlə bağlı son axtarış tədbirlərini açıqlayıb. Bu barədə İRNA bildirib.
     
    Bildirişdə qeyd olunub:

    1. Xilasetmə qruplarının gücləndirilməsi və Prezidenti daşıyan helikopterin qəza baş verməsi ehtimalı olunan Vərziqan bölgəsinin Ərdəşir-Bərazin arasındakı ərazidə axtarış işlərinin davam etdirilməsi.



    2. Bu bölgə dumanlı və yağışlı olmaqla yanaşı, meşə və qayalı teksturaya malikdir. Bu səbəbdən qəza yerinə çatmaq üçün dağ-xilasetmə qruplarının imkanlarından istifadə edilib.

    3. Qonşu əyalətlərin hazırlıq vəziyyətinə gətirilməsi və qəza bölgəsində xilasetmə qüvvələrinin 240 nəfərə artırılması

    4. Axtarış əməliyyatlarının sürətini artırmaq üçün Silahlı Qüvvələr, Polis Komandanlığı və Qızıl Aypara Cəmiyyəti arasında müntəzəm iş bölgüsü

    5. Hazırda Uzi kəndi dəstək qrupları, xilasetmə maşınları, xəstəxana təcili yardım maşınları, pilotsuz təyyarə qrupu və Qızıl Aypara Cəmiyyətinin radio rabitəsinin yerləşdiyi məkandır.

    ***

    22:00

    BBC İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından əvvəl olduğu bir foto yayıb.

    MEHR xəbər agentliyi bildirir ki, görüntüdə Rəisi helikopterə minməzdən əvvəl göstərilib, lakin bunun onun İran-Azərbaycan sərhədindəki iki bəndi ziyarət etməzdən əvvəl və ya sonra olması aydın deyil.

    ***

    21:39

    İranın ali dini lideri Ayətullah Əli Xamenei prezident İbrahim Rəisinin helikopterin qəzaya uğraması ilə bağlı xəbərlərdən sonra açıqlama verib. Məlumatı BBC yayıb.

    O deyib ki, xalq Rəisinin sağ qalması üçün "dua etməlidir".

    "İran xalqı narahat olmasın, ölkənin işində heç bir axsama olmayacaq", - o əlavə edir.

    ***

    20:58

    İRNA: Əmir Şayanmehr İran teleradiosunun Xəbər kanalı ilə canlı əlaqədə deyib:

    Xilasetmə qrupları prezident Rəisinin helikopterinin qəzaya uğradığı güman edilən yerə çatıb, lakin yağış ərazini palçıqlı edib və avtomobillərin və insanların gediş-gəlişini çətinləşdirib.

    Şayanmehr əlavə edib: Məlumatlar göstərir ki, axtarış zonası yüksəklikdədir və maşınla getmək mümkün deyil və xilasedicilər piyada hərəkət etməli olurlar və buna görə də xilasetmə əməliyyatı çətinliklərlə üzləşib.

    ***

    20:44

    Qızıl Aypara Cəmiyyətinin sözçüsü qəzaya uğrayan vertolyotu axtaran üç xilasedicinin itkin düşdüyünü bildirib.

    Sözçü əlavə edir ki, axtarış qrupları helikopterin qəzaya uğramış ola biləcəyi yerə yaxındır.

    Onlar bildirirlər ki, yaxın vaxtlarda havanın "şiddətli soyuması" gözlənildiyindən, yolda daha çox yağış yağacağından axtarış əməliyyatı səngiyəcək.

    ***

    20:20

    Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri xilasetmə və təhqiqat üçün ordu, SEPAH və polis komandanlığının bütün texnikası və imkanlarından istifadə edilməli olduğunu elan edib.

    ***

    19:25

    Helikopterin yerini tapmaq üçün vaxt lazımdır. Bunu İranın daxili işlər naziri Əhməd Vahidi deyib.

    İran dövlət televiziyasına danışan Vahidi bildirib ki, "bölgədə pis hava şəraiti və duman olduğuna görə" qəzanın baş verdiyi yerə çatmaq üçün vaxt lazımdır.

    "İşlər nəzarət altındadır və xilasetmə qrupları öz işlərini görür. Ümid edirik ki, bu, ən qısa zamanda həyata keçiriləcək", - o əlavə edib.

    Bu arada İranın yarırəsmi "Fars" xəbər agentliyi onun getdiyi konvoydakı helikopterin qəzaya uğraması xəbərindən sonra iranlıları Prezident İbrahim Rəisi üçün dua etməyə çağırıb.

    Dövlət televiziyasında da Məşhəd şəhərində dindarların prezidentin sağ qalması üçün dua etdiyini əks etdirən görüntülər yayılıb.

    ***

    19:10

    İran İslam Respublikasının rəsmi xəbər ağentliyinin portalı 40 dəqiqəlik çöküb. Bu vaxt ərzində  https://www.irna.ir saytı açılmırdı və portalın yerinə ERROR 504 xəbərdarlığı çıxırdı. 

    Hal-hazırda sayt bərpa olunsa da, Prezident Rəisinin helikopter qəzası ila bağlı bəzi xəbər məlumatları portaldan silinib. 

    İT mütəxəssisləri hesab edir ki, bu ya ifrat yüklənmədən, ya da kənar xaker müdaxiləsindən baş verə bilər. Xaker hücumu həm ölkənin daxilindən ya da xaricindən təşkil edilə bilər.

    İranın qalan saytları, o cümlədən SEPAH-a məxsus dərqilər problemsiz açılır və yenilənir.

    19:09

    Xilasedicilər hələ də helikopter konvoyu ilə əlaqə saxlamayıb. BBC xəbər verir ki, pis hava - güclü duman və yağış xilasetmə qruplarının İranın şimal-qərbindəki dağlarda qəza yerinə çatmaq səylərinə mane olur.

    Helikopterin göyərtəsində olanların vəziyyəti hələlik məlum deyil, hələlik heç bir əlaqənin olmadığı bildirilir.

    Prezident Rəisi İranın xarici işlər naziri ilə birlikdə üç helikopterdən ibarət karvanda bölgə üzərində səyahət edirmiş - helikopterlərdən ikisinin təhlükəsiz eniş etdiyi bildirilir.

    CNN xəbər yayıb ki, İran Prezidenti İbrahim Rəisinin vəziyyəti hazırda məlum deyil.

    ***

    18:49

    İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, bu hadisə prezident bu şənbə, mayın 30-u günorta radələrində “Qız Qalasi” birgə bəndinin açılış mərasimindən qayıdarkən baş verib.

    Qızıl Ayparanın rəhbəri bölgəyə göndərilən xilasetmə qruplarının sayının 20-dən 40-a çatdırıldığını açıqlayıb və deyib: "Biz bölgədə müşahidə aparırıq, bölgədə müşahidə etdiyimiz əlamətlərə görə, hava şəraiti çox əlverişsiz və ağırdır. Lakin bütün səylərimizlə axtarış-xilasetmə əməliyyatları aparılır, ancaq hava şəraiti səbəbi ilə havadan axtarış etmək mümkün deyil.

    Saat 17:43-də ölkənin fövqəladə hallar departamentinin sözçüsü prezidenti daşıyan helikopter üçün qəza yerinə 8 təcili tibbi yardım maşınının göndərildiyini elan edib və deyib: "Güclü duman səbəbindən havadan xilasetmə imkanları yoxdur".

    Qəza yerinin ətrafındakı kəndlərin sakinlərinin verdiyi məlumata görə, prezident və məmurları daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. Şərqi Azərbaycan əyalətinin Vazreqan şəhərinin şimalında yerləşən bu ərazinin sakinləri İRNA müxbirinə bildiriblər ki, bir saat əvvəl bu ərazidə səslər eşidilib.

    ***

    18:00

    "İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir".

    bu barədə İRNA məlumat yayıb.

    ***

    17:08

    İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

    Bu barədə IRNA məlumat yayıb.

    Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

    Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

    İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

    ***

    16:52

    İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

    Bu barədə İRNA xəbər yayıb.