XƏBƏRLƏR / Hadisə

Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub

Yaralılar var YENİLƏNİB

Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 07.09.2025-ci il tarixində saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu haqda TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    07.09.2025-ci il

    18:29

    Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

    Çağırışa gedən təcili tibbi yardım avtomobili arxadan minik maşınına çırpılıb. Qəza zaman təcili tibbi yardım avtomobilinin sürücüsü, həkim və daha bir nəfər yüngül xəsarət alıb.