XƏBƏRLƏR / Hadisə

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında bədbəxt hadisə baş verib.

    Hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.