XƏBƏRLƏR / Hadisə

Bolqarıstandan İstanbula gedən turist avtobusu TIRa çırpılıb

10 nəfər yaralanıb

Bolqarıstandan İstanbula gedən turist avtobusu TIRa çırpılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Edirnə şəhərində tur avtobusunun TIR-a arxadan çırpılması nəticəsində Bolqarıstan vətəndaşı olan 10 turist yaralanıb.

    Qəza yerli vaxtla saat 01:30 radələrində baş verib.

    Belə ki, Bolqarıstanın Ruse şəhərindən İstanbula turist aparan avtobusda iki sürücü və Bolqarıstan vətəndaşı olan 51 turistin olduğu bildirilir.

    Yaralanan 10 turist xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam edir.