Fransada tikilməkdə olan körpü çöküb, ölən və yaralanan var
Tikinti işlərini aparan şirkət hadisənin səbəbinin hələlik məlum olmadığını bildirib
Fransanın cənubunda metro xətti üzərində tikilməkdə olan körpünün çökməsi nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
"BNN breaking" saytı xəbər verir ki, çökən körpü Fransanın dördüncü böyük şəhəri olan Tuluzanın mərkəzindən təxminən 14 kilometr məsafədəki Labej rayonunda yerləşir. Tikinti işlərini aparan şirkətinin rəhbəri hadisənin səbəbinin hələlik məlum olmadığını bildirib.
Zərər çəkənlərin sayının dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.