XƏBƏRLƏR / Hadisə

Bakıda ağır qəza: maşın məscidə çırpıldı

Ölən var

Bakıda ağır qəza: maşın məscidə çırpıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib.

    Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

    Belə ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

    Nəticədə avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.