XƏBƏRLƏR / Hadisə

Baş nazirin vəziyyəti stabilləşir YENİLƏNİR

Bu barədə yerli KİV məlumat yayıb.

Baş nazirin vəziyyəti stabilləşir YENİLƏNİR
Robert Fitso
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:53

    Son məlumata görə, Slovakiyanın Baş naziri Robert Fitsonun əməliyyatı uğurla başa çatıb və onun huşu özündədir.

     ***

    21:28

    Slovakiyanın Baş naziri Fitsonu güllələyən yazıçı Yuray Çintula bunu hökumətin siyasəti ilə razılaşmadığı üçün etdiyini deyib.

    Bu arada Slovakiyanın Baş nazirində güllə yarası nəticəsində baş verən qanaxmanı həkimlər hələ də dayandıra bilməyiblər. Bunu Slovakiya mediası xəbər verir.

    ***

    20:26

    Slovakiyanın Baş naziri Roberto Fikoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.

    Bu barədə Slovakiya KİV məlumat yayıb.

    Şübhəli şəxs yazıçıdır, lakin hazırda özəl mühafizə şirkətində işləyir.

    Fikoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin oğlu mediaya açıqlamasında atasının qanuni şəkildə silaha sahib olduğunu deyib.

    ***

    17:51

    Sinə nahiyəsi və qarın boşluğundan yaralanan Fitsonun vəziyyəti ağır kimi qiymətləndirilir. Bu barədə RİA Novosti xəbər yayıb.

    ***

    17:15

    Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

    Slovakiyanın Baş naziri Robert Fitso Bratislavada hökumət binasında baş verən atışma nəticəsində yaralanıb və təcili xəstəxanaya yerləşdirilib, yerli media xəbər verir.

    Hadisəni törədən şəxs saxlanılıb. VIDEO

    Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso mayın 6-7-si Azərbaycanda rəsmi səfərdə olub.