Sağ qalan stüardessa Aydan Rəhimlinin vəziyyəti kafidir
Bu barədə Bakıdan Aktauya gedən həkim və xilasedicilərindən ibarət qrupdan xəbər verilib
Ötən gün Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sağ qalan təyyarə bələdçisi Aydan Rəhimlinin vəziyyəti kafidir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.