XƏBƏRLƏR / Hadisə

Efiopiya komandasının 20 üzvü İsveçdə yoxa çıxıb

Polis onların qanunsuz miqrasiya məqsədilə yaşayış yerlərini qəsdən tərk etmə ehtimalını istisna etmir

Efiopiya komandasının 20 üzvü İsveçdə yoxa çıxıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveçin Göteborq şəhərində Efiopiya komandasının 20 üzvü "Gothia Cup" beynəlxalq gənclər futbol turniri zamanı yoxa çıxıb. Polis onların qanunsuz miqrasiya məqsədilə yaşayış yerlərini qəsdən tərk etmə ehtimalını istisna etmir.

    "The Local" qəzetinin İsveç hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, hadisə turnirin final günü baş verib. Futbolçuların və onları müşayiət edən böyüklərin qaldığı məktəbin işçiləri bütün qrupun yaşayış yerlərini tərk etdiyini aşkar ediblər.

    "Gothia Cup" təşkilatçıları hadisəni dərhal polisə bildiriblər. Lakin yarışın bitməsindən on gün sonra itkin düşən oyunçuların harada olduğu məlum deyil.

    İlkin polis hesabatlarına görə, bu, İsveçdə qanunsuz yaşamaq məqsədilə könüllü yoxa çıxma halı ola bilər.