XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alanlar var

Hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. "ATEKO" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.