XƏBƏRLƏR / Hadisə

Xocavənddəki qəzada yaralananların sayı artıb

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Xocavənddəki qəzada yaralananların sayı artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənd rayonunda baş verən qəza ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib.

    Bərdə RMX-dan bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4 kişi, 7-i qadın) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

    Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

    Xatırladaq ki, Xocavənd rayonunda mikroavtobus aşıb. Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan "Mersedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.