XƏBƏRLƏR / Hadisə

İstanbulda hotelə silahlı hücum olub

Bu barədə Türkiyə KİV-ləri xəbər verir

İstanbulda hotelə silahlı hücum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İstanbul şəhərinin Küçükçəkməcə rayonunda yerləşən dördmərtəbli hotelə silahlı hücum olub.

    Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Güllələrdən biri hotelin yaxınlığında park edilmiş avtomobilə dəyib.

    Silahlı hücumu törədənin kimliyi məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb.