XƏBƏRLƏR / Hadisə

Masallıda yanğın nəticəsində baba və nəvə həyatını itirib

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Masallıda yanğın nəticəsində baba və nəvə həyatını itirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Masallı rayonu Qızılağac kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində baba və nəvə həyatını itirib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin tərəfindən bir birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.

    Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Abdullayev Cəmallədin Həsənağa oğlunun və 2024-ci il təvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlunun meyiti aşkar edilib.

    Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.