İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Ölkədə üç günlük matəm elan edilib YENİLƏNİB
11:19
İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 74-ə çatıb.
Bu barədə Dəmir Yolu Qəzalarını Araşdırma Komissiyası məlumat yayıb. Əvvəllər 69 ölüm halı məlum idi.
Hadisə zamanı qatarlarda 540 nəfər olub. Qəza zamanı qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
***
2026-10-28 20:20
İspaniyada baş verən faciəli qatar toqquşmasından sonra üç günlük milli matəm elan edilib.

İspaniyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 68-ə çatıb. Bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəsmiləri məlumat verib.
"Espanol" qəzetinin verdiyi məlumata görə, faciəli hadisədə yaralananlardan 15-nin vəziyyəti ağırdır.
***
17:12
İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ən azı 64 nəfər ölüb.

Bu barədə "The Telegraph" məlumat yayıb.
Xilasetmə xidmətləri ölü və yaralı sayının arta biləcəyindən narahat olduqlarını bildiriblər.
***
16:32
Məlum olub ki, "Renfe" sürətli qatarı arxadan "Iryo" qatarı ilə toqquşub. Nəticədə sonuncunun iki vaqonu relsdən çıxıb. Ümumilikdə ən azı dörd vaqon aşıb.
Bildirilir ki, faciəvi toqquşmadan əvvəl həmin ərazidə siqnalizasiya sistemində təmir işləri aparılırmış. Daha sonra onlara hərəkətə başlamaq əmri verilsə də, "Iryo" qatarı yerindən tərpənməyib. Bu zaman dispetçer səhvən "Renfe" qatarına hərəkəti davam etdirmək barədə göstəriş verib, nəticədə həmin qatar qarşıdakı qatara çırpılıb.

Qəza nəticəsində dəmir yolu operatoru Madrid və Əndəlüs arasında qatar xidmətlərini dayandırıb.
***
15:28
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 50 nəfərə çatıb.
“El Espanol”-un xəbərinə görə, sürət qatarlarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.
Qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.

İlkin məlumatlara görə, səbəb insan səhvi ola bilər: yerli medianın məlumatına görə, Iryo qatarı marşrutu bağlamasına baxmayaraq, dispetçer Renfe qatarına hərəkət etməyi əmr edib.
İstintaq davam edir.
***
14:10
İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.
Bu barədə “The Telegraph” məlumat yayıb.

***
13:23
İspaniyada sürət qatarları toqquşub.
“Reuters“in xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.

Antena3 xəbər verir ki, qəza Toledo əyalətindəki Los Yebenes və Urda arasındakı yüksək sürətli xəttdə baş verib.
İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.

Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.
3 dəqiqə