XƏBƏRLƏR / Hadisə

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə: 3 nəfər ölüb

Hadisə Şahbuz rayonu Ayrınc kəndində baş verib YENILƏNİB

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə: 3 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:16

    Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.

    Hadisə zamanı 1983-cü il təvəllüdlü Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və onun nənəsi 1947-ci il təvəllüdlü Məmmədova Səkinə Xəlil qızı vəfat edib.

    Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

    ***

    09:01

    Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib.

    İstirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.

    İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir.

    Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

    Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Hər iki faktla bağlı araşdırma aparılır.