XƏBƏRLƏR / Hadisə

Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb

"TRT Haber" məlumat yayıb

Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Adana şəhərində yük maşını ilə işçiləri daşıyan xidməti avtomobil toqquşub.

    "TRT Haber"ə görə, hadisə şəhərin Ceyhan rayonunda qeydə alınıb.

    Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

    Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.