Rusiyada Orta Asiya - Mərkəz strateji qaz kəməri partladılıb
Bu barədə “Kommersant” qəzeti məlumat yayıb
Rusiyanın Penza vilayətində "Orta Asiya - Mərkəz" strateji qaz kəmərində partlayış baş verib.
Bu barədə “Kommersant” nəşri məlumat yayıb. Partlayış Volçkovo kəndi yaxınlığında baş verib. Hadisədən sonra yanğın başlayıb. Hadisə hündürlüyü 70 m-ə çatan alov sütunu ilə məşəlin yanması və bitişik bitki örtüyünün alışması ilə müşayiət olunub. Boru kəməri dərhal bağlanıb. Ölən və xəsarət alan yoxdur.
Fəsadların aradan qaldırılmasına 34 nəfər mütəxəssis və 12 ədəd texnika cəlb olunub.
"Orta Asiya-Mərkəz" qaz kəməri sistemi Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropadakı istehlakçılarla birləşdirir. Təxminən 5000 kilometr uzunluğunda olan sistem bir neçə magistral qaz kəməri və birləşdiricilərdən ibarətdir.
1 dəqiqədən az