XƏBƏRLƏR / Hadisə

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb YENİLƏNİB/FOTO

Ölənlərin sayı 11-ə çatıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb YENİLƏNİB/FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:45

    Türkiyənin paytaxtı Ankarada baş verən yol qəzasında ölənlərin sayı 11-ə çatıb.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.

    ***

    09:40

    Bu gün Türkiyə vaxtı ilə səhər saat 5-də (Bakı vaxtı ilə 06:00) Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb.

    “TRT Haber”ə görə, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.

    Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.