XƏBƏRLƏR / Hadisə

Bosfor boğazında gəmiçilik hər iki istiqamətdə dayanıb

Bu barədə Türkiyə mətbuatı xəbər verir

Bosfor boğazında gəmiçilik hər iki istiqamətdə dayanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstandan İtaliyaya gedən tankerin mühərrikində yaranan nasazlıq səbəbindən Bosfor boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

    Türkiyə mediasının məlumatına görə, hadisə dünən yerli vaxtla təxminən saat 19:10-da baş verib. Malta bayraqlı, 107 metr uzunluğundakı kimyəvi maddə gəmisi İVYAN hərəkətini itirib və Kanlıca yaxınlığında üzməyə başlayıb.

    Tanker sonda sahildən bir neçə metr aralıda dayanıb. Sahil mühafizəsi qayıqları və bir neçə yedək gəmisi xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə göndərilib.

    Bosforda gəmiçiliyin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat yoxdur.