XƏBƏRLƏR / Hadisə

Naxçıvan şəhərində minik avtomobili yanıb

Hadisə yerinə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub

Naxçıvan şəhərində minik avtomobili yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan şəhərində “Geely” markalı minik avtomobili yanıb.

    Hadisə şəhərin Əliqulu Qəmküsar küçəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yanaraq kül olub, yaxınlıqdakı ağaca ciddi ziyan dəyib.

    Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub.

    Yanğının səbəbləri araşdırılır.