XƏBƏRLƏR / Hadisə

Bakıda "Bravo"da atışma olub, 1 nəfər ölüb VİDEO

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib

Bakıda "Bravo"da atışma olub, 1 nəfər ölüb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda atışma baş verən hipermarketdən kamera görüntüləri yayılıb.

    13:30

    Təsdiqlənməmiş məlumata görə, mərhum - polis zabiti Həsənov Rüfət Rahib oğlu başından vurulub. İki yaralı var: Şaydayev Samir Ruslan oğlu, digərinin adı açıqlanmır.

    ***

    Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub. Hadisə saat 12:20-də Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb. Hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib. Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

    İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

    Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

    Silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları da hadisə yerindədilər. Araşdırma aparılır.