XƏBƏRLƏR / Hadisə

Sumqayıtda Etilen-Polietilen Zavodunda yanğın başlayıb VİDEO

Bu barədə FHN məlumat yayıb

Sumqayıtda Etilen-Polietilen Zavodunda yanğın başlayıb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın olub.

    Bu barədə "SOCAR Downstream Management" MMC məlumat yayıb.

    İlkin ehtimala görə, yanğın xammal tutumunda baş verib.

    "Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - rəsmi açıqlamada deyilir.

    ***

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.