Türkiyədə iki ailə arasında "qız istəmə" üstündə dava: 3 ölü
Türkiyə mənbələri xəbər verir

Türkiyənin Mardin şəhərinin Kırsal Gökçe məhəlləsində iki ailənin üzvləri arasında qız istəmək məsələsinə görə mübahisə düşüb.
Mübahisənin atışmaya çevrilməsi nəticəsində 3-ü ağır olmaqla 10 nəfər yaralanıb.
Hadisə yerinə jandarm və təcili yardım qrupları sövq edilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Yaralılardan 3-nü müalicə olunduqları xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Bölgədə təhlükəsizlik tədbirləri alan jandarm qrupları davaya qarışan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.