XƏBƏRLƏR / Hadisə

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

FHN xəbər verir YENİLƏNİB

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:01

    Samur-Abşeron kanalında batan 16 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 12-də kanalın Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il yüksək Osmanov Fərid Paşa oğlunun axtarışları başa çatıb.

    Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları təxminən 15 kilometr aralıda – Samur-Abşeron kanalının Şabran rayonunun Gəncə kəndindən keçən hissəsində tapılaraq sudan çıxarılıb.

    ***

    12 iyul 2026-cı il

    17:51

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.