XƏBƏRLƏR / Hadisə

Hacıqabulda avtobus aşıb: 30-dan çox xəsarət alan var

YENİLƏNİB

Hacıqabulda avtobus aşıb: 30-dan çox xəsarət alan var
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə


  • Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusunun aşması səbəbi ilə xəsarət alan 28 nəfər - 12 kişi, 7 qadın, 9 azyaşlı iyulun 12-si saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərin (3 kişi, 3 qadın, 8-i azyaşlı) vəziyyəti qənaətbəxş sayıldığından ambulator müalicə üçün onlar evə buraxılıblar.

    Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfər isə (9 kişi, 4 qadın, 1-i azyaşlı) hazırda instrumental diaqnostik müayinələrə cəlb olunub.


    Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

    İdarədənverilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

    Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.

    Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Bakı–Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Zaqatala–Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. ilkin məlumata görə, hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.