XƏBƏRLƏR / Hadisə

Alp dağlarında itkin düşən 6 xizəkçidən 5-nin meyiti tapılıb

Bu barədə yerli polis məlumat yayıb

Alp dağlarında itkin düşən 6 xizəkçidən 5-nin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveçrədə Alp dağlarında yoxa çıxan altı xizəkçidən beşi həlak olub.

    Bu barədə yerli polis məlumat yayıb.

    “Martın 9-dan bəri “Zermatt-Arolla” gəzinti marşrutu ilə fəal şəkildə axtarılan altı nəfərdən beşi martın 10-u ölü tapılıb”, - deyə polisin açıqlamasında bildirilir.

    Qeyd olunur ki, yerli vaxtla saat 21:20-də üç xilasedici və bir polisdən ibarət qrup həlak olanların cəsədlərini aşkar edib.

    Altıncı xizəkçinin axtarışları davam etdirilir.