Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında baş verən partlayış nəticəsində azı 21 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış stansiyanın kassasında qatar gələrkən baş verib.
Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.