XƏBƏRLƏR / Hadisə

Bərdə-Ağdam yolunda baş verən qəzada bir nəfər ölüb FOTO

"VAZ-2107" markalı avtomobillə "BMW" markalı avtomobil toqquşub

Bərdə-Ağdam yolunda baş verən qəzada bir nəfər ölüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bərdə-Ağdam avtomobil yolunda baş verən qəza ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Faktla bağlı Tərtər RPŞ-da araşdırma aparılır.